İranlı narkotacirin Bakıdakı dəstəsi ifşa edildi - Səs yazısı
Bölmə: Xəbər
Tarix: 21.02.2023 / 17:45
Azərbaycanda iranlı narkotacirlərin daha bir dəstəsi ifşa edilib.
DİN Mətbuat xidmətindən 44gun.az-a verilən məlumata görə, Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı Binə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıb. Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.
E.Əsədovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Rayonda keçirilən digər əməliyyatlar zamanı isə 5 evdən, mağazadan, həmçinin 9 avtomobildən oğurluq edən şəxslər saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq davam etdirilir.