"Səhərə qədər Ramizin səsinə qulaq asmışam"




      Bölmə: Mədəniyyət Tarix: 21.02.2023 / 14:45

Xalq artisti Firəngiz Mütəllimova, Əməkdar artistlər Vəfa Zeynalova, Sənubər İsgəndərli, Aybəniz Haşımova Xalq artisti Ramiz Novruzla vida mərasiminə qatılıblar.

44GÜN.AZ xəbər verir ki, Vəfa aktyorun xəstəliyindən danışıb:

"Bu xəstəliyin ağrılarından, əziyyətindən canını qurtardı. Bu elə bir xəstəlikdir ki, mən yaxınlarımda da görmüşəm, kömək etmək heç cür mümkün deyil. Hər şey edirsən ki, bir balaca üzü gülsün, mümkün olmur. İnsan o vəziyyətə gəlir çıxır ki, bəlkə ölsün, canı qurtarsın...
Bilmirəm, Ramiz müəllimsiz bizim teatr necə olacaq. O bir günəş kimi idi. Teatra girəndə deyib , gülməyi, rəftarı, zarafatlaşması… O teatra girəndə, sanki, bir canlanma gəlirdi. Xalq artisti olmasına baxmayaraq, hamı ilə gözəl münasibətdə idi".

Sənubər vida mərasimində aktyorla bağlı xatirələrini bölüşərək "Sənət, incəsənət, teatr itirdi, biz də dostumuzu itirdik… Telefon zənglərinə cavab vermirdi. Sonuncu dəfə 3 ay əvvəl tamaşada olmuşuq. Onda halı çox pis idi. Tamaşada tər axırdı ondan. Qucaqlayıb dedim ki, Ramiz, yaxşı olacaq hər şey" sözlərini deyib.

F.Mütəllimova aktyorla sonuncu dəfə 1 ay əvvəl danışdığını bildirib:

"Dünən eşitdim, çox pis oldum, səhərə qədər yatmamışam, Ramizin səsinə qulaq asmışam. Səsli mesaj atmışdı. Həmişə üzü gülürdü, zarafat edirdi. Bilmirəm necə olacaq, çox pis olmuşam. Sonuncu dəfə hardasa bir ay bundan qabaq danışmışdıq. Həmişə özü geri zəng edirdi. Gördüm zəngi yoxdur, özüm də narahat etmək istəmədim, çünki bilirəm ki, xəstə olanda telefonlara cavab vermək olmur".

Aybəniz isə R.Novruz haqqında "Sonuncu dəfə tamaşasına getmişdim. Ondan sonra görüşdük. Xəstəliyindən heç nə soruşmadım. Çünki istəmirəm insanları yaralı yerindən incitmək. Çox arıqlamışdı. Belə bir dəyərli insanı, sənətkarı, dostu itirmək çox çətindir" fikirlərini səsləndirib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)