Venera Qoç bürcünə keçdi - Martın 17-nə qədər həyatınızda nələr baş verəcək?




      Bölmə: Sosial Tarix: 20.02.2023 / 23:18

Bu gün həm Balıq bürcündə yeni Ay müşahidə olunub, həm də Venera planeti Qoç bürcünə keçib. Bütün bunlar isə bürclərə təsirsiz ötüşməyəcək.

Veneranın Qoç bürcünə keçməsi ümumilikdə eşq və münasibətlərdə eqonun ön plana çıxacağına işarə edir. Qoç Marsın idarə etdiyi od elementinə mənsub bürc olduğundan aqressiyanı artıra bilər. Bu günlərdə insanlara qarşı səbirli olmaq çox daha çətinləşəcək. Çalışın bu dövrdə enerjinizi dava və mübahisələrə sərf etməyəsiniz.

Münasibətlərdən əlavə, düşüncəsiz alış-veriş də sizə zərər verə bilər. Balıq bürcündə yeni Ayın yüksəlməsini də nəzərə alsaq, ruhi sağlamlığınızı yaxşılaşdırmaq üçün emosional xərcləmələrə meylli olacaqsınız.

Venera 17 marta qədər Qoç bürcündə olmağa davam edəcək. Bəs bu, bürclərə necə təsir edəcək? 


Qoç

Əziz Qoçlar, bürcünüzdə olan Venera sizə bu dövrdə sevgi gətirə bilər. Yeni flirtlər və həyəcanlar yaşaya bilərsiniz. Bununla belə, yüksək enerjiniz səbəbindən xəyal qırıqlığına da açıqsınız. Gərgin enerji altında olacağınız üçün mübahisələrdən yayınmağınız çətin olacaq. Keçmişdə münasibət yaşadığınız şəxslərdən yenidən sizinlə əlaqəyə cəhd etmək istəyənlər olacaq. Bu insanlara qarşı eqo savaşına girməmək faydalı olar.

 

Buğa

Yaradıcılığınızın yüksək olacağı bir dövrdür. Bədii işlər və hobbilərlə məşğul ola bilərsiniz. Hətta bu məşğuliyyətlər sizə pul da qazandıra bilər. Ruhani məsələlərlə maraqlanacaqsınız. Bu dövrdə meditasiya etmək sizə yaxşı təsir göstərər.

 

Əkizlər

Marsın da bürcünüzdə olduğunu nəzərə alaraq, tələsik qərarlar verməkdən çəkinməlisiniz. Qəfil dəyişikliklərə və yeniliklərə açıqsınız. Bu isə bəzi məyusluqlar da gətirə bilər. Qəzalar və ehtiyatsızlıqla üzləşməyiniz ehtimalı var. 

 

Xərçəng

Veneranın Qoça keçidi eşq həyatınızda dominant bir insanla qarşılaşa biləcəyinizi göstərir. Həyat yoldaşınız və ya tərəfdaşınızla münasibət qurmaq daha çətin ola bilər. Dostlarınızla fikir ayrılıqları yaşayacaqsınız, gizli düşmənləriniz üzə çıxacaq.


Şir

Venera sevgi münasibətlərində sizin üçün xeyirli olacaq, ancaq yüksək gərginlikli məsələlərdən uzaq durun. Eşq həyatınız aktivləşəcək. İşgüzar məsələlərdə dəstək hiss edəcəksiniz. 

 

Qız bürcü

İşlərinizdə əngəllərlə üzləşəcəksiniz. Daha ehtiyatlı davranmağa çalışarkən səbirsizlik göstərə bilərsiniz. Gündəlik işlərinizdə və şəxsi həyatınızda sizi qəzəbləndirəcək nüanslarla qarşılaşacaqsınız. 

 

Tərəzi

Venera sizə ancaq yaxşılıq gətirəcək. Eşq həyatınızda sizi xoşbəxt edən anlar yaşanacaq. Özünüzü həmişəkindən daha gümrah hiss edəcəksiniz. Qazanc baxımından da şanslı günlərdən keçəcəksiniz.

 

Əqrəb

Venera Qoç bürcündə olarkən özünüzü narahat və bədbəxt hiss edə bilərsiniz. Hər kəsin pis niyyətli olduğunu və sizə zərər verməyə çalışdığını düşünmək ehtimalınız böyükdür. Yaxşı niyyətli hesab etdiyiniz insanlar sizdə məyusluq yaradacaqlar. Ancaq qazanc və iş baxımından yaxşı şanlar qazanacaqsınız. 

 

Oxatan

Həm şəxsi həyatınızla, həm də karyeranızla bağlı məsələlərdə işlərin sürətlənməyi sizi sevindirəcək. Ancaq unutmayın ki, siz laqeydliyə və qəlbqırmağa meyillisiniz. Həyatınızdakı gözəl insanlar mənəvi baxımdan sizi tətmin edəcəklər. Maraqlı məlumatlar eşidəcək, işinizə yarayacaq ipucları əldə edəcəksiniz.

 

Oğlaq

Veneranın Qoçda hərəkəti zamanı şəxsi həyatınızda əhəmiyyətli dəyişikliklər baş verə bilər. Qəfil və gözlənilməz hadisələr nəticəsində həyata baxışınız dəyişəcək.

 

Dolça

Qazanclarınız artacaq. Sizdə yeni, funksional hobbilərə maraq yaranacaq. Diqqət mərkəzində olacağınız məqamlar yetişəcək, populyarlıq qazanacaqsınız. 

 

Balıqlar

Özünüzü olduqca tənha hiss edəcəksiniz. Özünüzə qapanmaqdan narahat olmayın. Ruhən  dincəlib sağalmaq üçün bu yaxşı bir üsul ola bilər. Bir müddət əlinizi-ətəyinizi hər şeydən çəkib sevdiyiniz məşğulliyyətlərə vaxt ayıra, musiqi, film və kitab aləmində özünüzü unuda bilərsiniz.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)