AZAL tələbələrə güzəşt etməlidir - Fazil Mustafa




      Bölmə: Sosial Tarix: 20.02.2023 / 20:47

“Xeyli tələbə təyyarə biletlərinin baha olması səbəbindən Azərbaycana, ailələrinin yanına gələ bilmir. Quru sərhədlərimiz isə koronavirus pandemiyası başlayandan sonra bağlanıb və hələ də açılmır. Dəfələrlə bu məsələni parlamentdə də qaldırmışam ki, tələbələrin bilet məsələsi həllini tapmalıdır. Xaricdə oxuyan tələbələr üçün bilet qiymətlərində müəyyən güzəştlər olmalıdır. Bu gün valideyn və tələbələrin çıxılmaz vəziyyətdə qalması isə heç kəsi narahat etmir. Dövlət qurumları da problemdən xəbərdardır. Amma vətəndaşlıq missiyası nümayiş etdirib çıxış yolu göstərən yoxdur”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, AZAL ümumilikdə qiymətləri endirə bilmirsə, heç olmasa, tələbələrə güzəştlər etməlidir:

"Hesab edirəm ki, artıq bu məsələ ilə bağlı ciddi addımlar atılmasının zamanı çatıb. Əgər hökumət bu barədə qərar qəbul edərsə, AZAL məcbur olub onu icra edəcək".

Millət vəkili bildirib ki, Türkiyədə təhsil alan tələbələrin Azərbaycana gəlib-getməsi üçün quru sərhədlərdən istifadə olunmasını təmin etmək lazımdır:

"Xüsusən də hazırki məqamda bu, vacibdir. Ffevralın 11-dən Türkiyədə universitetlər distant təhsilə keçib. Tələbələr orada qalıb artıq xərc çəkməmək üçn Azərbaycana qayıtmalıdırlar. Ona görə də quru sərhədləri tələbələr üçün açıq elan etmək lazımdır. Sənədini göstərirsə, qoy quru sərhədlərdən ucuz qiymətə gəlib gedə bilsin. Bu problem həllini tapmalıdır. Biz əgər təhsilin inkişafını düşünürüksə, tələbələrin vəziyyəti barədə də düşünməliyik. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq”.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən,Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Qahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldağda 1, Qazientepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə 136 azərbaycanlı tələbə təhsil alır.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)