"Bu gün bütün Türk dünyası kədər içərisindədir".
44GÜN.AZ demokrat.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev bildirib.
O, əlavə edib ki, Türkiyədə fəlakət baş verib və bütün dünyadan yardımlar gəlir:
"Nadir Qafarzadə kimdir? Onu tanımıram və onun atdığı addım düzgün deyil. Hər kəsin öz şəxsiyyəti var".
Qeyd edək ki, 52 yaşı tamam olan ifaçı təşkil etdiyi təmtəraqlı məclisə sənət dostlarını da dəvət edib.
N.Qafarzadənin sosial şəbəkələrdə yayılan ad günü görüntüləri sərt tənqidlərə tuş gəlib. İzləyicilər qardaş Türkiyədə zəlzələ fəlakətinin yaşandığı günlərdə müğənninin şadyanalıq etməsini pisləyib və tənqidi fikirlər səsləndiriblər.