Azərbaycanda partlayıcı maddələr zavodu tikilir




      Bölmə: Gündəm Tarix: 16.02.2023 / 23:17

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan "AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşasına başlanılması ilə əlaqədar brifinq keçirilib.

44gun.az xəbər verir ki, bu barədə qurumun mətbuat nümayəndələri qarşısında çıxış edən "AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev layihə barədə ətraflı məlumat verib, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalının ölkəmizdə ilk dəfə təşkil edildiyini diqqətə çatdırıb.

R.Baxşıyev bildirib ki, Gəncə şəhərində inşası həyata keçirilən müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.


Vurğulanıb ki, illik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək.

Layihənin ümumi investisiya dəyərinin 14 milyon manat olduğunu qeyd edən R.Baxşıyev layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacağını, digər vəsaitlərin əməliyyat xərclərinə yönəldiləcəyini bildirib.

Qeyd olunub ki, layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat təşkil edir. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirlərinin daha da artırılacağı, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyətinin təmin ediləcəyi mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb./publika.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)