Elman Nəsirov: “Vardanyan və Arutunyan alçaldılmış şəkildə maşında gizlənir” |
Bölmə: Gündəm |
Tarix: 16.02.2023 / 20:26 |
"Heç kəsə sirr deyil ki, bu gün Qarabağdakı separatçı rejimin tör-töküntüləri arasında ikihakimiyyətlilik var. Arayik Arutunyan və Ruben Vardanyan arasında ixtilafların olduğu heç kəsə sirr deyil".
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, Vardanyan Moskvadan gələnə qədər Arayik Arutunyan özünü tək lider hesab edirdi:
"İndi artıq sözün həqiqi mənasında ikihakimiyyətlilik var. Milyarder Vardanyan artıq Arutunyanı kölgədə qoyub. İstisna deyil ki, perspektivdə əsas niyyəti elə əvvəlcə Arayik Arutunyanın vəzifəsini ələ keçirməkdir. Heç şübhəsiz ki, bu, Vardanyanın uzağa hesablanan planlarının minimum hissəsidir. Maksimum hissə isə gələcəkdə Ermənistanın baş naziri olmaqdır və bunu Paşinyan da hiss edir. Fikir verirsinizsə, Paşinyanın Vardanyana münasibətdə də soyuq davranışı və onu özü üçün potensial rəqib hesab etməsi, potensial təhlükə mənbəyi hesab etməsinin erməni mətbuatında da açıq şəkildə yazırlar. Arayik Arutunyan ilə Vardanyanın, eyni zamanda Paşinyanla Vardanyanın mehriban düşmənlər olduğu fikirlərini söyləyirlər. Qondarma rejiminin bu tör-töküntüləri, "prezidenti" və "dövlət naziri" Moskvada da peyda ola bilirlər. Vardanyan və Arutunyan ekofəallardan qorxaraq, alçaldılmış şəkildə maşının hansısa hissəsində gizlənməklə getdikləri haqda məlumatlar var. Eyni yolla, gedib gəldikləri haqqında məlumatlar yayılıb. Özlərini "prezident" və "dövlət naziri" edənlər bir yumaq kimi yumrulanıb maşının gözdən uzaq hissələrindən müəyyən ərazilərdən keçməyə çalışırlar". Bu, onu göstərir ki, bu separatçı rejimin tör-töküntülərinin heç bir perspektivi yoxdur. Vaxtilə ambisiyalı davranış ortaya qoyan, Laçın yolunu su yoluna çevirən bu hərbi canilər indi miskin vəziyyətdə hansısa cildə girməklə müəyyən ərazidən keçmələrini təmin edirlər. Bununla da ekofəalların fəaliyyəti öz nəticələrini verir. Artıq Qarabağda yaşayan ermənilərin də Vardanyan və Arutunyana etirazı böyüməkdədir. Hesab edirlər ki, nə qədər ki Vardanyan gəlməmişdi müəyyən mənada vəziyyətləri babat idi. Lakin onun gəlişi ilə həyat şəraitləri daha da aşağı düşdü. O, yoxsullar içərisində bir milyarderdir, əzilmişlər içərisində bir milyarderdir. Bütün kasıb əhaliyə düşmən gözüylə baxır, belə insanların heç bir gələcəyi ola bilməz".
"Azərbaycan işi haqq işidir. Biz Ermənistana 5 baza prinsipi təqdim etmişik. İndi sülh müqaviləsini imzalamaqla bağlı bir neçə təkliflər irəli sürmüşük. Bu təkliflər içərisində heç şübhəsiz ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələləri öz əksini tapıb" - deyə deputat sonda qeyd edib./demokrat.az/
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|