“İcra başçısı məni işdən çıxarıb yerimə Manaf Ağayevin dostunu qoydu” - ŞİKAYƏT




      Bölmə: Xəbər Tarix: 16.02.2023 / 18:19

Füzuli rayon sakini Fuad Məmmədov rayon icra başçısı Alı Alıyevin tapşırığı ilə qanunsuz olaraq işdən azad olunduğunu iddia edir.

Demokrat.az-a müraciət edən F. Məmmədov deyir ki, o 2021-ci ilin əvvəlinə kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olub. Həmin vaxt İcra Hakimiyyətindən ona daha yaxşı iş – rayon İH-nin Horadiz şəhəri üzrə icra nümayəndəsinin sürücüsü vəzifəsi təklif olunub. F. Məmmədov bildirir ki, bu təklifi müsbət qiymətləndirib və ASC-dəki işindən çıxaraq icra nümayəndəsinin sürücüsü kimi çalışıb.

Lakin üstündən cəmi 7 ay keçəndən sonra – 2021-ci ilin sonunda ona işdən çıxmaqla bağlı ərizə yazmaq tapşırılıb: “Mən icra nümayəndəsi Əli Abdullayevin sürücüsü idim. Əli müəllimdən işdən çıxarılmağımın səbəbini soruşanda dedi ki, bu icra başçısının göstərişidir. 

Mən icra başçısı Alı Alıyevin qəbuluna getdim və ondan da səbəbini soruşdum. O ümumiyyətlə, bu işi boynundan atdı və dedi ki, mənim səni işdən çıxarmaq səlahiyyətim yoxdur. Heç olmasa, əvvəlki işimə bərpa olunmağımı xahiş etdim. Amma bunu da etmədi. İndi düz bir ildir ki, mən işsizəm. Ailə, uşaqlarımı dolandırmaq üçün mənə heç bir iş təklif olunmur”.

F. Məmmədov deyir ki, məsələnin mahiyyəti ona sonradan bəlli olub. Belə ki, onun yerinə Füzuli rayon Polis İdarəsinin Zamiq adlı keçmiş əməkdaşı sürücü təyin olunub. Həmin polis əməkdaşı isə Manaf Ağayevin işğaldan azad olunan ərazilərə qanunsuz getməsinə şərait yaratdığı üçün hüquq-mühafizə orqanlarından xaric edilib:

“Məndə olan məlumata görə Manaf Ağayev onun üzündən öz işini itirən Zamiqin yeni işlə təmin olunması üçün Alı Alıyevdən xahiş edib. Alı müəllim də məni işdən çıxararaq Manaf Ağayevin dostunu işlə təmin etdi”.

F. Məmmədov deyir ki, o sadəcə işlə təmin olunmasını istəyir və İH ilə qarşıdurmada maraqlı deyil. Rayon sakini məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)