Xoşqədəm Hidayətqızı müalicə üçün yığılan pulları verməyib? - İDDİA




      Bölmə: Sosial Tarix: 16.02.2023 / 17:50

Övladının müalicəsi üçün “Səni axtarıram” proqramına müraciət edən vətəndaş yığılan pulun ona verilmədiyini iddia edir. 

44gun.az xəbər verir ki, Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, özlərinə aid bank kartında təxmini 14 min vəsait olub: “Amma Xoşqədəm xanımın paylaşdığı bank kartında ayrıca vəsait yığılıb. Orada daha çox məbləğ var. Biz efirlərə çıxdıqdan sonra Ankarada Gülhanə xəstəxanasına getdik, amma uşaq normal müalicə edilmədi, narazı qaldıq. Adını qoydular ki, gecikib. Bizim şəxsi kartda olan 10 200 dollarla Türkiyəyə getmişdik. Yəni efirdə yığılan puldan bizə verilməmişdi. Xoşqədəm xanım Türkiyədə normal şəraitdə qalacağımıza söz vermişdi, onu da etmədilər, bərbad bir yerdə öz hesabımıza qaldıq. Bakıya qayıdandan sonra Xoşqədəm xanımdan pulu istədik. O da mənə dedi ki, uşaq sağalmayacaq. Sonra dedi ki, çıx efirə və çağırış elə ki, həmin pul xəstə uşaqlara sərf edilsin, onda verəcəyəm. Mən də efirdə çağırış elədim, ondan sonra Xoşqədəm xanım yenə pulu vermədi, məni “blok” etdi. Hətta Azərbaycanda pulsuz loqoped vəd vermişdi, onu da etmədi. Bizi aldatdılar, Ceyhun üçün yığılan pulu vermədilər”.

R. Şıxəliyev bildirib ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokurorluğa müraciət edib: “Mən övladımın xəstəliyi üçün yığılan vəsaiti istəyirəm. Çox xahiş edirəm ki, dövlət bu məsələni araşdırsın”.

Aparıcı Xoşqədəm Hidayətqızı isə məsələyə öz proqramında reaksiya verib.

Belə ki, adıçəkilən ailənin efirə dəvət olunmasından və onlara necə köməklik göstərilməsindən danışan aparıcı bildirib ki, bu ailənin övladının müalicəsi üçün ayrılan pul vaxtilə Ankaraya müalicə üçün göndərilən, amma vəfat edən uşaq üçün toplanan vəsait olub: “O ailə özü də əvvəlcədən bizə müəyyən qədər pul vermişdi. Uşaq ora gedəndən sonra babası gəlib dedi ki, biz istəmirik orada qalsın, çünki yanında bir neçə nəfər olmalıdır. Bunu hoca ilə danışıb yoluna qoyduq. Daha sonra baba yenidən bura gəldi və dedi ki, uşaqda ikinci bir xəstəlik də var, biz istəmirik orada qalsın. Mən də bildirdim ki, axı uşaq ora göndərilib, qoyun qalsın. Necə yalvarırdım... Dedim ki, qoy müalicəsini alsın. Amma baba dedi ki, “istəmirik, onsuz da müalicəsi yoxdur”. Müalicəni istəməyəndə öz verdikləri pulu geri istədilər. Bundan əlavə, bildirdilər ki, digər pul başqa uşaqların müalicəsinə xərclənsin. Sənəd imzaladı, pulunu götürdü. Mən dünən bilirəm ki, bir ay öncə uşağın atası bizə zəng edir və deyir ki, “Almaniyaya müraciət etmişəm, uşağı orada müalicə etdirəcəyəm. Bunun üçün pul yığaq””. 

X.Hidayətqızının sözlərinə görə, vətəndaş o vaxt övladının müalicəsi üçün ayrılan pulu istəyir: “Həmin pul vəfat edən Amin üçün yığılmışdı. Daha sonra bu uşaq üçün ayırdıq. Özlərinin istəyi ilə də başqa uşaqların müalicəsinə ayrıldı. Özü də deyir ki, “Mən studiyada oturduğum günlərdə pul elə bizim uşağa görə göndərilib. Başa düşmürlər ki, hər şey banklarla olur və tarixlər var”.

Aparıcı daha sonra həmin valideynin səsyazısını da yayımlayıb. Səsyazısında da valideyn yığılan puldan bir qəpik istəmədiyini bildirib. X.Hidayətqızı artıq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.  /Reportyor.info






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)