"Soyundurdular, dişlərimə baxdılar özümü it kimi hiss etdim" - Stüardessa işə qəbuldan DANIŞDI




      Bölmə: Xəbər Tarix: 15.02.2023 / 17:39

Küveytin milli hava yolu şirkəti "Kuwait Airways"də skandal olay yaşanıb.

44Gun.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “El Diario” qəzeti xəbər yayıb.

Xəbərdə Kuwait Airwaysin stüardessa qəbul etmək üçün verdiyi iş elanına çoxsaylı xanımların reaksiya verdiyi qeyd edilib.

İspaniya mətbuatına açıqlama verən stüardessalar paytaxt Madriddəki dördulduzlu Melia Barajas otelində işə götürmə şirkəti Meccti tərəfindən təşkil edilən müsahibələr zamanı az qala çılpaq soyunduqlarını açıqlayıb.

Qəzetə danışan 23 yaşlı Bianka deyib: “İngilis dilini mükəmməl bilən qadın cəmi 37 yaşı olduğu üçün işə götürülməyib. 7 dil bilən daha bir qadın isə qaşında çapıq olması səbəbi ilə qəbul edilməyib”.

Bianka müsahibələri bir qrup kişinin apardığını deyib:

"Müsahibəyə ilk girən qız ağlayaraq çıxdı. O bildirib ki, paltarını soyunmağa məcbur ediblər. Yalnız alt paltarı qalıb. Müsahibəyə daxil olan digər qadınlar da eyni şeyi dedilər.

Onlar məndən də çapıq və ya döyməmin olub-olmadığını soruşdular, sonra ətəyimi çıxarmağı xahiş etdilər. Ətəyimi dizdən bir az yuxarı qaldırdım. Amma daha da qaldırıb qısa tumanımın səviyyəsinə qədər çəkdilər. Onlar sviterimi büstqalterimin səviyyəsinə qədər çəkdilər. Bu vəziyyətdə bədənimin hər bir hissəsini müayinə etdilər. Çox narahat olduğumu dilə gətirdim. Məndən ağzımı açmağımı istədilər və içəri baxdılar, özümü it kimi hiss etdim. Dişlərimə baxandan sonra “Bu işləyəcək” dedilər. Mən çox utandım”.

Hava yolundan verilən açıqlamada isə qeyd edilib ki, şirkətimiz beş ildir ki, bölgədəki digər şirkətlər tərəfindən də istifadə edilən üçüncü bir şirkətlə işləyir. Belə ittihamlar əvvəllər heç vaxt səslənməmişdi.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)