Dağıntılar altındakı uşaqların gözlərinə mələklər necə görünüb? – İlahiyyatçı və psixoloq DANIŞDI




      Bölmə: Xəbər Tarix: 14.02.2023 / 19:50

Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altından çıxarılanların əksəriyyəti uşaqlardır. Xilasedicilərin fikrincə, uşaqlar balaca olduqlarına görə, yaşamaq üçün imkan olan ən xırda məkanda, masaların, çarpayıların altında rahatlıqla gizlənə bilirlər deyə, daha az xəsarət alırlar.

Maraqlıdır ki, dağıntılar altından çıxarılmış uşaqların çoxu aclıq, susuzluq hiss etmədiklərini, dağıntı altında olarkən yaxın adamlarının onlara yemək verdiyini, oynadıqlarını deyirlər. Uşaqlardan biri bildirib ki, ona tanımadığı mehriban, gənc bir qız su verib. Birlikdə oynayıblar, xilasedicilərin gəldiyini görəndə həmin qız gedib. Balacalardan biri atasının, digəri anasının ona yemək verdiyini deyir. Halbuki o dağıntılar altında tək olub və heç kimdən kömək almayıb.

Bu necə olur?

İnanclı insanlar düşünürlər ki, uşaqların qoruyucu mələkləri var və ən çətin anlarda balacaların köməyinə doğmalarının görüntüsündə gəlib kömək edənlər məhz bu mələklərdir.

Bakıdakı Əjdərbəy məscidinin əməkdaşı, ilahiyyatçı Hacı Valeh Nəsirov Lent.az-a bildirib ki, bu məsələyə sadəcə uşaq sözü kimi baxmaq da olar, bir qədər fərqli yanaşmaq da mümkündür.


“Əlimizdə olan ayə və hədislərə əsasən, həyat yalnız maddi və hissi aləmdən ibarət deyil. Uşaqların yaşadığı bu qeyri-adi vəziyyəti metafizik aləmlə əlaqələndirmək və metafizik varlıqların insan həyatına təsiri və ya daxil olunması kimi də səciyyələndirmək olar.

Quranda deyilir ki, hər şey Allahı zikr edir, bitkilər, heyvanlar, quşlar belə. Lakin, biz onları başa düşmürük.
Və ya başqa bir ayədə deyilir ki, ilahi varlıqlar həzrəti Musaya bəzi şeyləri əyani göstərərkən, Musa əleyhissəlam kimi bir insan, peyğəmbər belə çox şeyi anlaya bilmir. Bu mənada biz anlamasaq, görməsək də, ilahi varlıqlar var, onlar bizi qoruyurlar. O çarəsiz yerlərdə Allahın vəlilərindən birinin və ya bir neçəsinin olması, uşaqlara yardım etməsi mümkündür”,- deyə ilahiyyatçı bildirib.

Psixoloqlar isə başqa fikirdədirlər.


Məsələylə bağlı Lent.az-a danışan psixoloq İlahə Dəmirbəy isə bildirib ki, uşaqların danışdıqları onların xəyal dünyası ilə əlaqələndirilməlidir.

“Bu uşaqların illüziyalarıdır. Uşaqlar həmin anda təşviş pozuntusu yaşayıblar. Bu anda ən güvəndikləri, ən inandıqları insanları xəyal edib, onların köməyə gəldiyini xəyal edə bilərlər. Bu əslində beynin özünümüdafiə prosesidir. Adrenalin yüksəlir, bədən həyəcanlanır, beyin düzgün düşünə bilmir, istər-istəməz müəyyən xəyallar qurulur, oksigen çatışmazlığından hallünasiyalar da görmüş ola bilərlər. Fiziki şiddət, təbii fəlakət, müharibə kimi qorxu yaradan hallar insanlarda uzunmüddətli iz buraxır. Yaddaşdan tez silinmir. 12 yaşa qədər uşaqlara bu fəlakət uzun müddət təsir edəcək. Ağır itkilər veriblər”, - deyən psixoloq əlavə edib ki, hazırda belə uşaqlarla heç bir psixoloq işləyə bilməz.

“Çünki onların beynində hələlik qəbullanma prosesi getmir. Onlar sadəcə inkaretmə mexanizmindədirlər. Müəyyən müddət sonra həm uşaqlar, həm böyüklərlə
posttravmatik stress pozuntusunu aradan qaldırmaq üçün psixoloji seanslar keçirilməlidir. “Adətən inkar, qəbullanmama dövrü 21 günə qədər davam edir. Bu dövrdən sonra təxminən 12-16 seansa problemi aradan qaldırmaq olar ki, yeni həyatlarına adaptasiya ola bilsinlər”- deyə həkim bildirib.
Həkimin sözlərinə görə, reabilitasiya dövrü insanın xarakterindən, yaşından, mühitindən çox asılıdır.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)