Dəhşətli sunami olacaq: Bu ərazilər su altında qalacaq - Alimlərdən XƏBƏRDARLIQ




      Bölmə: Dünya Tarix: 14.02.2023 / 00:51

Yaxın illərdə Aralıq dənizində böyük sunami baş verə bilər.

44GÜN.AZ xəbər verir ki, bu barədə İspaniyanın "ABC" qəzeti yazıb.

Nəşr qeyd edib ki, bu bölgədə bir çox litosfer plitələri birləşir ki, bu da Türkiyə və Suriyada baş vermiş son zəlzələ kimi böyük fəlakətlərə şərait yaradır.

Məşhur inanclara görə, Aralıq dənizi böyük cazibə qüvvəsinin yaratdığı dalğa riski az olan və ya heç olmayan sakit bir bölgədir. Dəniz kapitanları bu dənizi məkrli hesab etsələr də, "sakit fəaliyyətinə" və orta ölçüsünə görə irimiqyaslı dəniz fəlakətlərini və bir vaxtlar Hind-Çin, Cənubi Amerika və Yaponiya sahillərini yuyan su kütlələrinin nəhəng hərəkətlərini təsəvvür etmək çətindir.

Bununla belə, Türkiyə və Suriyada baş verən son zəlzələ kimi təbii fəlakətlər Aralıq dənizində uzun müddətdir davam edən sunami qorxusunu artırır.

İtaliyanın cənubunda və hətta İspaniya sahillərində sunami xəbərdarlığı edilib. Daha sonra bu ölkələrlə fəlakətin episentri arasında yerləşən minlərlə kilometr uzunluğunda suyun nələrə səbəb olacağına xüsusi diqqət yetirilib.

İspaniyanın 2021-ci ilin may ayından etibarən milli sunami planı var. Baxmayaraq ki, bu tip son böyük ölümcül hadisə 1755-ci ildə Huelva və Cadiz əyalətlərinin Atlantik okeanı sahillərində baş verib və burada yüzlərlə insan dəhşətli Lissabon zəlzələsi nəticəsində meydana gələn sunaminin qurbanı olub. Eyni zamanda, hesablamalara görə, zəlzələ bu bölgədə 60-100 min arası insanın həyatına son qoyub.

Türkiyə və Suriyada baş verən hadisələr Aralıq dənizinin geoloji aktiv zona olduğunu açıq şəkildə nümayiş etdirib.

YUNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyası artıq ötən ilin yayında xəbərdarlıq etmişdi ki, yaxın 30 ildə Aralıq dənizində sunami ehtimalı yüksək olacaq.

Barselona Universitetinin daxili geodinamika professoru Eulalia Masana ABC-yə bildirib ki, Aralıq dənizinin şərqində çoxlu sayda litosfer plitələri birləşir, buna görə də orada nisbətən tez-tez ciddi maqnitudalı zəlzələlər baş verir.

Tədqiqatçı izah edir ki, 1908-ci ildə İtaliyanın cənubundakı Messina boğazını vuran sunamiyə bənzər nümunələri tapmaq üçün tarixdə çox uzaqlara getməyə ehtiyac yoxdur. Bu təbii fəlakət nəinki 75 min insanın ölümünə səbəb oldu, həm də Kalabriya və Siciliya sahillərini viran edən 12 m hündürlüyündə dalğa qaldırdı.

Nəşr qeyd edir ki, zəlzələlərdən əlavə sunamilər də sualtı vulkanın püskürməsi nəticəsində yarana bilər. London İmperial Kollecinin və Oreqon Universitetinin tədqiqatçılar qrupu bu ilin yanvarında Yunanıstanın Tira adasının yaxınlığındakı sakit sularda 500 m dərinlikdə yerləşən sualtı Kolumbo vulkanının altında əvvəllər məlum olmayan maqma ocağının mövcudluğu barədə məlumat veriblər. Tədqiqatçıların fikrincə, püskürmə yaxın 150 ildə baş verə və Egey dənizində fəlakətli sunami yarada bilər. (publika)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)