“Zəlzələdən bir gün öncə telefonlarımıza mesaj gəldi...” - Dağıntılardan sağ çıxarılan azərbaycanlı




      Bölmə: Dünya Tarix: 13.02.2023 / 14:09

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacılarının psixoloji dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a başına gələnləri danışarkən Gülşən Cəfərova özü müraciət edib. Tələbə qeyd edib ki, fiziki olaraq ciddi zədə almasalar da, psixoloji travma və qorxu yaşayıblar:

“Zəlzələdə dostlarımız, qonşularımız, tələbə yoldaşlarımızın çoxunu itirdik. İnsanların ağlaşma səsi, gözümüzün önündə qalaq-qalaq meyitlərin yığılması dəhşət idi. Binamız uçanda evdən çıxdıq. Ayaqyalın, başı açıq, pijamalarımızla qarın altına qaçdıq. Ayaqlarımız uzun müddət qarda qaldığına görə, soyuq vurub, müalicə olunuruq. Yaşadığımız 4 mərtəbəli bina evi idi, kirayə qalırdıq. Mən Kahramanmaraşda oxuyuram, bacım tətil olduğuna görə yanıma gəlmişdi. Bacım məndən yaşca kiçikdir, ona görə daha ciddi psixoloji sarsıntı keçirib. Gülə-gülə getmişdik, ağlaya-ağlaya o şəhərdən çıxdıq.

Mən də, bacım da psixoloji dəstək almaq istəyirik. Əvvəllər qaranlıqdan, tək qalmaqdan heç bir qorxum yox idi. Fəlakətdən sonra ciddi problemlər yaşayıram. Ona görə, bununla bağlı bizə dəstək göstərilməsini xahiş edirik. Hələlik heç yerə müraciət edə bilməmişik. Dövlət tərəfindən də hansısa addım, atılmayıb, kömək təklif edilməyib”.

Gülşən Kahramanmaraşda yeni binaların həqiqətən, çox keyfiyyətsiz olduğunu deyib. O qeyd edib ki, yaşadıqları bina cəmi 2 ildir tikilib və ilk sarsıntıda dağılıb:

“Orada köhnə, 10-15 il əvvəl tikilmiş binalara heç nə olmadı. Yeni tikililərin isə hamısı uçdu. Mən 5 ildir Kahramanmaraşda oxuyuram, bu il diplomumu alacaqdım. Orada indiyə qədər zəlzələ olmayıb. Hiss edilməyəcək təkanlar baş veribsə də, bilməmişik.

Zəlzələdən bir gün əvvəl telefonlarımıza mesaj gəldi ki, sabah güclü qar yağacaq, yollar donacaq, insanlar ehtiyac olmadıqca evdən bayıra çıxmasınlar. Məktəblərdə tətil elan etmişdilər. Amma zəlzələ ehtimalı, bununla bağlı hansısa xəbərdarlıq heç vaxt olmayıb.

Zəlzələ səhər 4:17-də baş verib. Biz isə 4:42-də ikinci silkələnmə zamanı yuxudan oyandıq. Hər yer dağılmışdı. Mən gözümü açdım ki, otağımızın divarı yoxdur, şəhər görünür. Binalar dağılmışdı, insanlar qışqırırdı. Ağlaşma səsləri hər yeri götürmüşdü. Köməyə gələn yox idi. Ancaq insanlar özləri bir-birinə kömək edir, dağıntılar altında qalanları çıxarmağa çalışırdılar. Nə polis, nə təcili yardım, nə xilasedicilər - kimsə yox idi.

Biz iki gün parkda qaldıq. Qonşularımızla birlikdə binalardan uzaq yerdə, ac-susuz tonqal qalayıb, gecələdik. Ailəmiz Azərbaycan səfirliyinə və digər qurumlara məlumat vermişdi. İki gün sonra şəhərin bəzi hissələrinə elektrik verildi. Binalarda yanğın çıxmasın, dağıntılar altında qalanları elektrik vurmasın deyə, çox az və qısa müddət üçün elektrik bərpa olunmuşdu. Qonşumuzun telefonu ilə atama zəng etdik. Səfirlik əməkdaşları bizi tapdılar, yemək-su verdilər, daha sonra təxliyə etdilər.

Türkiyədən bizimlə birlikdə 20 nəfər təxliyə edilmişdi. Aramızda tələbələr yox idi. Çünki onlar daha əvvəl gəlmişdilər. İmişlidən olan Göyçək adlı qız dağıntılar altından çıxarılıb, ciddi zədələri olduğuna görə, hələ də Türkiyədə müalicə alır. Tanıdığımız azərbaycanlılardan başqa xəsarət alanların olub-olmadığını bilmirəm”.

Qeyd edək ki, Gülşən Cəfərova Kahramanmaraş Sütçü İmam Universitetinin, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetinin tələbəsidir. Bacılar zəlzələ baş verən vaxt birlikdə olublar.






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq