Zəlzələyə görə Bakıda həyət evləri bahalaşıb?




      Bölmə: Sosial Tarix: 12.02.2023 / 19:21

Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ Azərbaycanın əmlak bazarına da öz nəticəsini göstərir. Belə ki, faciəvi hadisədən sonra Bakıda hündürmərtəbəli bina evlərinin alqı-satqısında durğunluq yaranıb. Yeni tikililərin təhlükəli olduğunu düşünən insanların daha çox həyat evlərinə üstünlük verdikləri deyilir.

Alıcıların sözlərinə görə, əvvəlki günlərlə müqayisədə son bir həftə ərzində Bakıda həyət evlərinin qiymətində bahalaşma müşahidə olunur. Mənzil bazarına üz tutan vətəndaşlara qiymət artımının zəlzələ ilə əlaqədar olduğu deyilir.  

44GÜN.AZ  xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, həyat evlərinə üstünlük verənlər olsa da, satışda artım qeydə alınmayıb.

“Həyat evlərini alanların sayında hələ çoxluq müşahidə edilmir. Ona görə də qiymət təzyiqi normadadır. Bu sahədə üstünlüyün olması üçün müəyyən müddət, təxminən bir-iki ay keçməlidir ki, biz onu hiss edə bilək. İnsanları bu istiqamətdə hansı qəraraların qəbul olunacağı maraqlandırır. Bazarda hələlik axın görünmür. Ümumilikdə əmlak bazarında passivlik var. Əvvəlki dövrə baxanda insanlar daha çox gözləmə mövqeyindədir. Ona görə də bazarda durğunluq hökm sürür. Müəyyən müddət lazımdır ki, son hadisələr unudulsun və potensial alıcılar yenidən bazara qayıda bilsinlər. Onu da qeyd edim ki, son günlər ərzində bina evlərini satıb, həyət evi almaq istəyənlərə rast gəlməmişik. Bu da onu göstərir ki, hələlik həyət evlərinə axın hiss olunmur”, - deyə əmlak üzrə ekspert vurğulayıb.

Reiltorlar isə qeyd edirlər ki, son günlər alıcılar bina ilə yanaşı, həyət evləri ilə də maraqlanırlar, lakin satışda artım müşahidə edilmir. 

"Bəzi əmlak sahibləri mövcud durumdan istifadə edərək, qiymətləri qaldıra bilərlər. Bu, istisna deyil. Ancaq bazarda durğunluq olduğundan alıcılar mənzil almağa tələsmirlər. Kimsə öz əmlakını baha qiymətə satışa çıxarırsa, bu, onun seçimidir. Son qərarı alıcı və əmlak sahibləri verir. Biz bu prosesə müdaxilə edə bilmirik. Ümumi vəziyyətə gəlincə, həyət evlərinin satışı əvvəlki günlərdəki kimidir, ciddi artım yoxdur", - deyə əlavə saxladığımız reiltorlar vurğulayıblar.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)