İsveçrəli seysmoloqdan Türkiyə baş verən zəlzələlərlə bağlı AÇIQLAMA: "100 ildən artıqdır ki..."




      Bölmə: Dünya Tarix: 12.02.2023 / 12:52

İsveçrənin Seysmologiya Xidmətinin direktoru Stefan Vaymer, İsveçrənin alman dilində yayımlanan dövlət televiziyası SRF-ə verdiyi müsahibəsində mərkəzi Kahramanmaraş olan 10 vilayətdə 7.7 və 7.6 bal gücündə baş verən zəlzələlərlə bağlı danışıb.

44GÜN.AZ bildirir ki, Vaymer Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı açıqlamasında «Belə böyük zəlzələ həqiqətən nadirdir. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı”- deyib.

Türkiyə ilə Suriyanın sərhəd bölgəsində böyük dağıntılara səbəb olan zəlzələlərin gücünə diqqət çəkən Vaymer bu iki ölkə arasında güclü zəlzələlərin tez-tez baş verməsinin təsadüf olmadığını vurğulayıb.

Bölgədə plitə sərhədlərinin olduğunu bildirən Vaymer, uzun illər bu ərazilərdə gərginliyin olduğunu və belə zəlzələlərlə boşaldığını bildirib: «Xüsusilə bu ərazi 7.7 bal gücündəki zəlzələ ilə gərginliyin yığıldığı və boşaldığı Şərqi Anadolu qırılma xəttidir. Belə böyük zəlzələ həqiqətən çox nadirdir. 8 ballıq zəlzələ dünyada bəlkə də ildə bir dəfə olur. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı. Məsələn, tarixdən Hələbin dəfələrlə güclü zəlzələlərlə silkələndiyini bilirik. Ancaq 7.7 bal gücündə baş verən zəlzələ onsuz da böyük bir zəlzələdir».

Belə böyük zəlzələlərdən sonra günlər, həftələr və hətta aylar boyu zəif təkanların olduğuna diqqət çəkən Vaymer, bunların ümumiyyətlə zaman keçdikcə saylarının və intensivliyinin azaldığını qeyd edib. /musavat.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)