Ağ Ev - saray, yoxsa həbsxana?




      Bölmə: Maraqlı Tarix: 11.02.2023 / 16:18

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan 1981-ci ildə andiçmə mərasimindən təxminən bir ay sonra həyat yoldaşı Nensi Reyqanla Ağ Evdə şam yeməyindən sonra gözlənilməz bir sürprizlə qarşılaşır. Ona yaxınlaşan ofisiant yeməyin hesabını təqdim edir. Ağ Evin komendantının ofisiantla göndərdiyi qəbzdə təkcə o axşamın deyil, həm də arxada qalan bir ayın bütün yeməklərinin və Prezident ailəsinin bu müddətdə istifadə etdikləri diş fırçasının, diş pastasının, ayaqqabı kreminin, kimyəvi təmizləməyə verilmiş paltarların, gündəlik istifadə edilən ətriyyatların, şəxsi qonaqların qarşılanmasına çəkilən xərclərin və s. də hesabı var idi.

Ronald Reyqan hesabın böyüklüyünə təəccüblənsə də, özünü o yerə qoymur, gülümsəyərək, mühasibatlığa göstərilən məbləğin maaşından ödənilməsi barədə tapşırıq verir. Ancaq ərindən fərqli olaraq Nensi Reyqan çaşıb qalır. O, sonralar bu barədə xatirələrində yazır: "Heç kim bizə Prezidentin və həyat yoldaşının Ağ Evdə yaşadıqları dövrdə yedikləri yemək və istifadə etdikləri məmulatlar üçün ödəniş etməli olduqlarını söyləməmişdi".
Əslində, ABŞ ictimaiyyətinin əksəriyyəti də bu barədə çox şey bilmir. ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klinton da Ağ Evdəki yaşayışlarından gileyli olub. Onun "Sərt Seçimlər" ("Hard Choices") kitabının təqdimat mərasimlərinin birində dediyi "Ağ Evdən ayrılanda borc içində batırdıq" sözləri sosial mediada çox böyük əks-səda doğurmuşdu. Hillari Klinton səkkiz il qaldıqları Ağ Evdən ayrıldıqdan sonra Vaşinqtonda və Nyu-Yorkda ipoteka krediti ilə aldıqları iki evin və qızları Çelsinin Stanford Universitetindəki təhsil haqqının onları 2001-ci ilin qışında 12 milyon dollar borcu olan bir ailəyə çevirdiyindən də gileylənmişdi. Onun dediyinə görə, bu borcları Bill Klintonun ard-arda nəşr olunan kitablarının və pullu çıxışlarının gəlirləri hesabına yalnız 2004-cü ildə ödəyərək qurtara bildilər.

Bəs, niyə 8 il ərzində orta illik əmək haqqı təxminən 500 min dollar olan və kirayə xərcləri olmayan bir ailə Ağ Evi pulsuz tərk edir? Nensi Reyqanı, Hilları Klintonu heyrətləndirən nədir?

ABŞ prezidentləri Ağ Evdə qaldıqları müddətdə kirayə pulu ödəmirlər, amma qalan hər şey maaşlarından tutulur. Ağ Ev ABŞ Prezidenti üçün dövlət tərəfindən ayrılmış qonaq evidir və Prezident orada öz ailəsi ilə 4 və ya 8 ilini yaşamaq məcburiyyətindədir. Ağ Evdə Prezidentə və ailəsinə 5 ulduzlu otel səviyyəsində xidmət göstərilir. Ödənişlər də 5 ulduzlu otelin qiymətlrinə uyğun ödənilir. Burada yaşadığı dövrdə Prezident ailəsinin və şəxsi qonaqlarının hər bir xərcini özü ödəməlidir. Amerikalı vergi ödəyiciləri yalnız rəsmi hökumət qonaqlarının xərclərini ödəyirlər. Qalan fərdi mətbəx xərcləri, xidmətlər və materiallar Prezident və ailəsi tərəfindən ödənilir. Prezident kostyumlarının kimyəvi təmizlənməsi üçün də pul ödəməlidir. Hətta, qırılmış düyməsinin yenisi ilə əvəz edilməsi üçün pul verməlidir. Ağ Evin Prezident və ailəsi yaşayan hissəsınə xidmət göstərən xadimələrin də işlədikləri müddətdə saathesabı maaşlarının ödənilməsi Prezidentə aiddir. Bir sözlə, Prezident və ailəsi icarə haqqı və elektrik enerjisi xərcləri istisna olmaqla onlara xərclənən bütün pulları qəpiyinə qədər dövlətə qaytarmaq məcburiyyətindədir.

Çünki ABŞ monarxiya deyil, respublikadır. Bu iqamətgah isə "xan sarayı" deyil, bir evdir. Bəzi ölkələrdə ABŞ Prezidentinin iqamətgahını saray adlandırsalar da, amerikalılar özləri ona saray yox, ev deyirlər. Məsələn, Vaşinqtonda "1600 Pensilvaniya prospekti" ünvanında yerləşən dünyanın ən məşhur evinin adı Türkiyə türkcəsinə "Bəyaz Saray" kimi tərcümə olunsa da, əsl adı ingilis dilində "'White House" olan "Ağ Ev"dir.
Heç bir ABŞ Prezidenti "Mən seçilmiş Prezidentəm" deyib dövlətin pulunu özbaşına xərcləyə bilməz. Özü də yalnız bu evdə deyil, hər yerdə...
ABŞ Prezidenti istirahətini şəhər xaricində və ya həftəsonu istirahətini "Kemp Devid"dəki istirahət evində keçirmək istəyirsə, bunun xərclərini öz cibindən ödəməlidir.

Yenə də, məsələn, Prezident ABŞ prezidentinin təyyarəsinə dövlət nümayəndəsi olmayan tək bircə nəfər mindirəcəksə, öz qardaşı olsa belə, onun üçün biznes-klass bilet almalıdır.

Cerald Forddan Corc Buşa qədər 6 prezidentin dövründə Ağ Evin komendantı olan Qeri Uoltersin dediyi kimi, Prezident və ailəsi Ağ Evin 4 və ya 8 illik icarə müqaviləsinə sahib olan kirayənişinləridır. İstədikləri yeməkləri bişirtdirə, istədikləri malları və ya məhsulları sifariş verə bilərlər, amma xərcini də Amerika xalqı yox, onlar ödəməlidirlər. Təbii ki, onların yüksək qiymətə alışması üçün vaxt lazımdır. Prezidentlərə və ailələrinə göstərilən xidmət 5 ulduzlu otel keyfiyyətində olduğundan, ödəniləcək pul da 5 ulduzlu otel səviyyəsindədir.

Uolters deyir: "Yeməklərin, xidmətlərin və məhsulların baha olduğundan şikayətlənməyən ailə xatırlamıram. Ən çox xatırladığım isə Cimmi Karterin həyat yoldaşı Rozalin Karterin şikayətləri idi. Aylar boyu məmləkətləri Atlantada həm yeməklərin, həm də məhsulların daha ucuz olduğunu söyləməkdən yorulmurdu. Lakin "birinci xanım"ın bütün bu şikayətləri qiymətləri aşağı salmaq üçün kifayət etmədi.

Corc Buşun həyat yoldaşı Laura Buş "Ürəkdən gələn söhbət" ("Spoken from the Heart") adlı xatirə kitabında Ağ Evdə yaşamağın nə qədər baha olduğunu deyir. Onu ən çox heyrətə gətirən məsələlərdən biri də, öz şəxsi işi üçün deyil, dövlət işi üçün təşkil edilən rəsmi mərasimlərdə saçını düzəldən bərbərə haqq ödəməsi idi. Xanım Buş kitabında yazır: "Ödəniş qəbzləri aylıq gəlir. Prezidentin və onun həyat yoldaşının və iki qızının bütün yeməkləri, istifadə etdikləri bütün şəxsi ləvazimatlar, kimyəvi təmizləmə də daxil olmaqla bütün xidmətlər, ofisiantların və xidmətçilərin saathesabı alacaqları maaşlar və şəxsi qonaqlarının bütün məsrəfləri bu qəbzdə göstərilir. Artıq bunlara öyrəşmişdim, amma qəbzdə məni heyrətləndirən bəndlər də var idi. Protokol qaydalarında ölkənin birinci xanımı kimi geyəcəyim bütün paltarların xüsusi dizayn olunmasına dair bir tələb var idi. Paltarın pulunu ödəməyə bir söz demirəm, amma mən həm də dizaynın pulunu ödəməli idim".

ABŞ Prezidentinin maaşı sonuncu dəfə 1999-cu ildə artırılıb. ABŞ Prezidentinin sadə maaşı ildə 400 min dollar civarındadır. 50 min dollar da vəzifə təzminatı ödənilir. Bu ödənişlərin hər ikisi vergiyə cəlb edilir. Prezident onların gəlir vergisini ödəməlidir. Bundan əlavə, prezidentin səfərləri üçün illik 100 min dollarlıq müavinət ödənilir ki, bu məbləğ də vergidən azaddır. Ancaq Ağ Evdəki ödənişlərin yüksəkliyini nəzərə alsaq, ABŞ prezidenti maaşının demək olar ki, hamısını aylıq xərclərinə xərcləyir. Başqa sözlə, başqa bir sərvəti yoxdursa, aylıq maaşı ilə Ağ Evdə əl-ələ, baş-başa yaşamaq məcburiyyətindədir. Bəlkə də, buna görə Prezident Cerald Ford Ağ Evi "İndiyə qədər gördüyüm ən lüks sosial rifah yaşayış yeri" olaraq xarakterizə edib. Ağ Ev kompleks bir binadır. Eyni zamanda iqamətgah, muzey və dövlət idarəsidir. ABŞ dünyanın super gücü olsa da, Ağ Ev dünyanın ən böyük prezident sarayı deyil, əksinə, böyük dövlətlər arasında ən kiçik prezident iqamətgahlarından biridir. Dünyanın ən böyük dövlətinin icra orqanı yalnız bir mərtəbədə yerləşir.

İndiyə qədər heç bir Prezident "Ağ ev 1700-cü illərdə dünyada 13 müstəmləkəsi olan bir dövlət üçün inşa edilmişdi. Bu gün isə biz dünyanın lider bir dövlətiyik. Gəlin, dünya liderinə yaraşan daha böyük bir saray tikək" deyə təklif verməyib. Və heç kim belə bir şey düşünə də bilməz:
- Çünki Ağ Ev ABŞ demokratiyasında fasiləsizliyin simvoludur.

- Çünki Ağ Ev öz cəmiyyətindən təcrid olunmuş bir yer deyil.

- Çünki dünyada yeganə iqamətgahdır ki, içində Prezident yaşamasına baxmayaraq, ictimaiyyətə açıqdır.

- Çünki Amerika tarixindəki ən vacib mədəniyyət muzeyidir. Həftədə orta ziyarətçi sayı 30 min nəfərdir.

- Çünki ABŞ-da ən məşhur nümayiş və etiraz yeri burada Prezidentin pəncərəsindən bir neçə metr məsafədə yerləşir.

Ağ Ev Prezidentlər üçün daimi ləzzət və zövq sarayı deyil, müvəqqəti sığınacaq və xidmət yeridir.

Ağ Ev Prezident Trumana görə:

- Xarici görkəmi göz öxşayan işiqlı həbsxanadan başqa bir şey deyil.

Ronald Reyqana görə:

- Qızıl balığın yaşadığı akvariumdur.

Mişel Obamaya (Barak Obamanın xanımı) görə:

- Çox gözəl dekorasiyası olan həbsxanadır.

Və nahayət:

- Ağ Ev kirayənişinləri prezidentlər və onların ailə üzvləri olan kirayəxanadır. Onun mülkiyyət hüququ Amerika xalqına və demokratiyaya məxsusdur.

Ata Corc Buşun həyat yoldaşı Barbara Buş deyir ki, Ağ Evdə işləyən bir xidmətçi bu həqiqəti mənə belə izah etmişdi:

- Prezidentlər gəldi gedərdir. Buranın əsl sakinləri bizik.






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO