Azərbaycanda ŞOK: Sərxoş kişi yataq otağında arvadının o sözünə dözmədi...




      Bölmə: Hadisə Tarix: 18.09.2023 / 17:54

Ağdam rayonunda 1974-cü il təvəllüdlü Şirvan həyat yoldaşı Samirəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Hadisə 21 dekabr 2022-ci ildə Ağdam rayonunun kəndində baş verib.

Şirvan yaşadığı evin yataq otağında sərxoş vəziyyətdə arvadı Samirə ilə söhbət edib və hansı səbəblə boşanmaq istədiyini soruşub. Arvadının artıq onu sevmədiyini bildirməsi və digər şəxslərlə yaxın münasibətdə olmasını nəzərdə tutaraq “mal mənimdir, özüm bilərəm” ifadəsini işlətməsi səbəbilə əsəbləşib.

Şirvan qısqanclıq zəminində qisas almaq niyyətilə arvadına çoxsaylı bıçaq zərbələri vurub. 70 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

“Məni istəmədiyini dedi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri - anası, bacısı, arvadı, uşaqları ilə birlikdə Ağdam rayonunda yaşayıb:

“Samirə ilə 2006-cı ildə rəsmi qayda da ailə həyatı qurmuşam. Həmin nikahdan bizim beş övladımız dünayaya gəlib. Samirə ilə münasibətlərimiz həmişə yaxşı olub. Ancaq hadisə baş verməmişdən bir həftə əvvəl arvadım məndən ayrılmaq istədiyini bildirdi. Səbəbi Samirədən soruşdum, artıq məni istəmədiyini dedi”.

“Müraciət edə bilmədik”

Şirvanın sözlərinə görə, Tərtər rayonun Qapanlı kəndində usta kimi işləyərkən oğlu Vüsal ona zəng vurub və yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini xəbər verib: “Dərhal yaşadığımız evə gəldim. Həqiqətən tanımadığım polis əməkdaşının həyətdə məni gözlədiyini gördüm. O, arvadımın məndən polis şöbəsinə şikayət etdiyini dedi. Mən də şikayətin məzmununu soruşdum. Polis əməkdaşı isə arvadımın boşanmaq istədiyini, bu səbəbdən şikayət etdiyini bildirdi.

Cavabda dedim ki, boşanmaq istəyirsə məhkəməyə müraciət etmək hüququ var. Polis əməkdaşı getdi. Mən Samirənin yanına yollandım, nə üçün məndən şikayət etdiyini soruşdum.

Samirə isə mən yatdıqdan sonra istifadəmdə olan mobil telefonu götürdüyünü, sahə rəisini yığdığını bildirdi. Onun bu sözünə məhəl qoymadım. Samirənin bu hərəkətindən sonra boşanmaq qərarına gəldim. Biz bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam rayon Məhkəməsinə getdik.

Məhkəmədə mənə və Samirəyə boşanmaq üçün ərizə vermək lazım olduğunu dedilər. Biz isə vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilmədik”.

“Həyatında başqa insanlar olduğunu bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 11 radələrində yaşadığı evə gəlib, kartof qızartması ilə butulkada yarımçıq qalmış arağı içib: “Təxminən 250 qram içki içdim, gecə saat 1 radələrində anam, bacım və uşaqlarım yatdıqdan sonra arvadımla yataq otağında söhbət etməyə başladıq. Arada balaca qızım çay da içdi.

Samirəyə onsuz da boşanacağımızı, nə üçün mənim telefonumu gizli olaraq götürüb sahə rəisinə zəng vurduğunu, ümumiyyətlə sahə rəsinin mobil nömrəsini haradan bildiyini soruşdum. Samirə isə dedi ki, yaxşı eləyirən, sənin nə işinə qalıb?!. Mən də israrla Samirədən nə üçün boşanmaq istəməsini soruşdum. O, artıq məni istəmədiyini, həyatında başqa insanlar olduğunu söylədi.

Nə üçün belə etdiyini soruşanda isə “mal mənimdir, özüm bilərəm” ifadəsini işlətdi. Samirənin bu sözündən əsəbləşdim, tamamilə özümdən çıxdım”.

Təqsirləndirilən şəxs deyib ki, arvadının həmin şəxslərlə yaxın münasibətdə olmasını əvvələr görməyib və ya bu haqda eşitməyib: “Samirə stulda əyləşmişdi. Qəfil yumruqla Samirənin üz nahiyəsindən zərbə vurdum. Daha sonra boğazından yapışaraq onu boğmağa başladım. Qızım səs-küyü eşidərək otaqdan qaçdı. Samirə isə arxası üsdə yerə yıxıldı. Onu boğa-boğa stolun üzərində olan dəstəyi taxtadan olan bıçağı götürdüm və boyun nahiyəsinə bir dəfə zərbə endirdim.

Zərbəni endirərkən əlim Samirənin boğazında idi. Sonra onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdum. Zərbələrin sayını dəqiq xatırlamamışam.

Bıçaq zərbələri vurarkən Samirə sağa-sola çevirlərək hərəkət edirdi. Sonuncu zərbədə bıçağın tiyəsi yarıdan qırıldı. Bıçağı qırıqları ilə birlikdə otağın küncünə atdım. Otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürdüm və yenidən Samirəyə zəbələr vurmağa başladım.

Samirə otağın giriş qapısından solda, yerdə üzü üstə uzanaqlı vəziyyətdə idi. Yüksək səslə çığıra bilməsə də, sağa sola ağır-ağır hərəkət edirdi. Samirənin ölmədiyini gördüm və ət dəhrəsi ilə baş, boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağı davam etdim. Zərbələrin dəqiqi sayı yadımda olmayıb, təxminən 10 dəfədən çox balta ilə zərbə vurduğumu deyə bilərəm.

Samirəni yerdə döşəmənin üzərində hərəkətsiz qaldığını görəndə əlimdə olan ət dəhrəsini meyitin yanına qoydum. Əllərimin qanını döşəmənin üzərində olan xalçaya sildim. Əynimdən olan qanlı paltarı soyundum və meyitin ayaqlarının yanına atdım. Başqa paltar geyindim və dəhlizə çıxdım. Çıxarkən bir cüt corabı cibimə qoydum. Ayağım qan olduğundan həmin vaxtı corabı geyinə bilmədim”.

“Arvadımı xəyanət üstündə öldürmüşəm”

Təqsirləndirilən şəxs deyib ki, Samirəni öldürərkən özündə olmadığından otağa kiminsə daxil olub-olmamasını xatırlamayıb: “Dəhlizdə bacımı gördüm və ona şöbəyə getdiyimi dedim. Bacım mənə nə üçün belə etdiyimi soruşdum. Samirəni xəyanət etiyi üçün öldürdüyümü dedim.

Həyətdə su çəninin yanında əllərimi və ayaqlarımı yudum. Corabı ayağıma geyindim və təslim olmaq üçün polis şöbəsinə doğru getdim. Dördyol ərazisi deyilən yerə çatdıqda sürücüsünü tanımadığım avtomobili saxlatdım, onunla Quzanlı qəsəbəsinə gəldim. Şöbəyə gedərkən yolüstü mağazadan 0.5 litrlik 2 butulka pivə alıb içdim. Polis şöbəsinə gedib qətl barədə məlumat verdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Şirvan 18 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com







SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var