1xBet`ə görə futbol butsları haqqında ən maraqlı hekayələr




      Bölmə: Maraqlı Tarix: 13.09.2023 / 14:07

Qlobal bukmeker şirkəti 1xBet №1 idman növünü həmişəlik dəyişdirən idman ayaqqabısından bəhs edir.

Butsları çox vaxt futbolçunun ikinci dərisi adlandırırlarMüqayisə poetik və kifayət qədər dəqiqdir - buoyunçunun iş aləti və təchizat elementidironsuz osahəyə daxil ola bilməyəcəkDünya futbol tarixində ayaqqabının rolunu qiymətləndirməyə kömək edəcək bir neçə hekayəni diqqətinizə təqdim edirik.

Butslar necə kral ayaqqabılarına çevrildi

Futbol butslarını geyinən ilk ingilislərdən biri Kral VIII Henrix olubMonarx idmanı sevirdi və futbol oynamaqdan həzz aldığını inkar etmirdi hansıki 16`cı əsrdə indiki oyunu çox uzaqdan xatırladırdı. Eyni şəkildə, kral butsları da müasir ayaqqabılara uzaqdan bənzədiklərini etiraf etmək lazımdır.

Onlar “sotular” kimi tanınırdılarhər çəkmə təxminən bir kiloqrampis havada isə iki kiloqram gəlirdiAncaq Henrix onları çox əzizləyirdi - axı birinci həyat yoldaşı Araqonlu Ekaterina onlar üçün 4 şillinq (bu gün təxminən 1350 dollar) ödəmişdirEkaterinanın özünə, eləcə də ondan sonra gələn beş həyat yoldaşına Henri daha az dəyər verirdi - onlardan ikisi onun əmri ilə edam edilmişdir.

Tikanlı və tikansız

Henrixdən sonra uzun müddət butslar adi çəkmələr idi. Əlbəttə kionları bir az asanlaşdırmağa çalışdılarlakin 19`cu əsrin əvvəllərinə qədər çox əlləşmirdilərMəhz o zaman butslarda bağlar oldu və ən əsası metal tikanlar var idiOnların olması zədələrin sayının kəskin artmasına səbəb oldu və buna görə  İngiltərə Futbol Assosiasiyası tərəfindən 1863`cü ildə nəşr olunan futbolun ilk rəsmi qaydalarında metal tikanlı butslar qadağan edildi.

Eyni zamandanəyin bahasına olursa olsun qazanmaq istəyən oyunçular tərəfindən tətbiq olunan çəkmələrin ağırlığını qaldırmaq üçün müxtəlif variantları da qadağan edildiQaydalarda deyilirdi: “Çıxıntılı millərmetal əlavəli və ya altlığı guttaperçalı butslarda oynamaq qadağandır”. Cəmi 28 il sonra, 1891`ci ildə, tikanları zəif etdilərlakin iki şərtlə. Tikanları dəridən hazırlanmalı və onların uzunluğu yarım düymdən çox olmamalı idiBu cür tiknlar dabanına mıxlanırdı və bu nizam 20`ci əsrin birinci yarısında sarsılmaz görünürdü.

Stenli Metyuz və Braziliya suvenirləri

1950`ci ildə britaniyalılar nəhayət kisnobızmi bir kənara atdılar və İngiltərə üçün birinciqalan dünya üçün isə dördüncü sayılan Braziliyada keçirilən futbol üzrə dünya çempionatına yığma komandasını göndərdilər. İngilislər hamını asanlıqla məğlub edəcəklərinə əmin idilərlakin İspaniya və ABŞ komandalarına məğlub olaraqqrupdan belə çıxa bilmədilərBu komandaya öz nəslinin ən yaxşı sağ cinah oyunçusu Stenli Metyus daxil idiBraziliya millisinin meydana yüngül və rahat ayaqqabılarla çıxması, komanda yoldaşlarının çəkmələrinin müasir demi-mövsüm çəkmələrinə bənzəməsi onu heyrətləndiribRio-de-Janeyro ətrafında gəzən Stenli adi idman mağazasına girdi və özünə bir cüt aldı.

Metyu 35 yaşında belə butslarda daha sürətli hərəkət edəcəyinə əmin idiEvə qayıdanda Braziliyadan gətirilmiş ayaqqabılar əsasında öz modelini yaratdı. Oyeni buts növündə oynayaraq 1956`cı ildə "Qızıl top"un ilk qalibi olduyeddi il sonra "İlin futbolçusukimi tanındı və yarım əsrlik yubileyini qeyd edərək 1965`ci ildə karyerasını başa vurduBritaniya futbolunun super ulduzunun ardınca digər oyunçular daha yüngül çəkmə modellərinə keçməyə başladılar - xüsusən də növbəti Dünya Kuboku yeni nəsil idman ayaqqabıları üçün ən yaxşı reklam olduğundan.

Bern möcüzəsiAdidas dünya çempionatının finalının əsas sensasiyasını necə təmin etdi

Macarıstan milli futbol komandası 4 iyun 1950`ci ildən 4 iyul 1954`cü ilə qədər ardıcıl 32 matçda məğlubiyyətdən xəbərsiz idiBu heyət “Qızıl Komanda” adlanırdı və bu müddət ərzində o, 1952`ci il Olimpiya Oyunlarının qalibi olmağıyenilməz sayılan ingilisləri iki dəfə məğlub etməyi və 1954`cü il Dünya Kubokunun finalına yüksəlməyi bacardı.

Amma İsveçrənin Bern şəhərində keçirilən turnirin finalında sensasiya yaşanıbQrup mərhələsində macarlara 3:8 hesabı ilə uduzan və finalın 8`ci dəqiqəsində qapısından iki cavabsız top keçirən Almaniya millisi matçın gedişatını dəyişərək, 3:2 hesabı qələbə qazanmağı bacarıbUğurun sirlərindən biri də komandanın matça geyindiyi uzun tikanlı innovativ Adidas çəkmələri idi.

Məşhur brendin yaradıcısı Adi Dassler Qərbi Almaniya yığmasının baş məşqçisi Sepp Herbergerlə dost idi və futbolçular üçün ayaqqabı seçiminə cavabdeh idiXüsusilə çempionat üçün oArgentina modelini müxtəlif uzunluqlarda dəyişdirilə bilən tikanlar hazırladı. Hava proqnozunda final zamanı yağış yağacağı və buna görə də alman komandasının oyunçuları uzun tikanlardan seçərək üstünlük əldə ediblərYeri gəlmişkənsonradan hesablandı kihətta uzun tikanlar olsa belə, alman çəkmələri 350 qram ağırlığında idi - macarların yarısı qədər.

Maraqlıdır ki, “Bern Möcüzəsindən 2 il əvvəl Adi qardaş və Puma`nın qurucusu Rudolf Dasslerdəyişdirilə bilən tikanlı Super Atom butslarını hazırladılarLakin Rudolfayaqqabılarının istifadəsi üçün Qərbi Almaniya millisinin pul ödəməsini istəyirdi və nəticədə Adolfun inkişafı yüzlərlə insana kömək etdi.

 “Pele paktı” və ilk yerli reklam

Braziliyalı futbolçu Pele ilk futbol super ulduzlarından biri olduÜzü jurnalların üz qabığından çıxmırdıuşaqlara pis örnək olmaq istəmirdispirtli içki və siqaretdən başqa hər şeyi reklam edirdi. 1960`cı illərdə Pele Beatles və ya Odri Hepbern kimi  tanınırdı.

Təəccüblü deyil ki, aparıcı idman ayaqqabı markaları “Futbol Kralı”nın diqqəti üçün yarışırdılar1970`ci il Dünya Kuboku başlamazdan əvvəl Adidas və Puma hətta sonradan “Pele paktı” kimi tanınan xüsusi məxfi müqavilə bağladılarMüqaviləyə əsasən, şirkətlərdən heç biri “Kral”ı imzalamağa çalışmalı deyildiçünki bubazarda qiymətləri yüksəldəcəkdir və bütün sənayeyə mənfi təsir göstərəcəkdir.

Lakin Puma müqavilənin şərtlərini pozub və bu final oyunu başlamamışdan əvvəl bilinib . Pelenin hakimdən görüşün başlanmasını təxirə salmağı xahiş etməsini bütün dünya seyr etdi kioyunçu balaqlarını bağlaya bilsinVə yaxın planlar göstərdi kibraziliyalı həlledici oyuna Puma       butsları ilə çıxıb.

Adidas rəhbərləri qəzəbli idilərSonradan məlum oldu ki, əvvəllər təvazökar Stylo brendinin ayaqqabılarında çıxış edən Pelebir anda  Puma təmsilçisi Hans Hennigsenin bütün Selesao oyunçuları ilə ünsiyyət qurmasınaamma komandanın əsas ulduzu ilə danışmamasına görə təəcübləndiHans Peleyə pakt haqqında danışmalı oldu və risk edərək , Peleyə Dünya Çempionatında Puma butslarında oynamaq üçün 25.000 dollar və növbəti 4 il üçün müqavilə üçün daha 100.000 dollar təklif etdi.

Kral” razılaşdı və Hans şirkətin qərargahına heyrətamiz bir müqavilə hazırladığını bildirdiRudolf Dassler düşündü və razılaşdı – 1954`cü ildə Adidasn ədalətsiz şəkildə onun şirkətini keçdirBöyük hücumçunun oynadığı model tezliklə bütün dünyada geyinilməyə başladı və Puma King adlandı.

 

Copa Mundial: butslar kenquru tullanışını edəndə

Adi Dasslerin şəxsən iştirak etdiyi son təkmilləşdirilmiş Copa Mundial  idi. 1982`ci il Dünya Kubokunda dünyanın bütün ən yaxşı oyunçularının onları oynayacağını nəzərə alaraq 1979`cu ildə istehsal olunmağa başladılar. Franz Bekkenbauer və Dieqo Maradona bu ayaqqabılarla meydançaya çıxdılar və balaca Zinəddin Zidan atasının pul yığıb ona bir cüt yeni Copa Mundial hədiyyə etməsini bir il gözlədi.

Bu butsların qazonda daha yaxşı oynamaq üçün artıq 6 yox, 12 tikanı var idiAncaq əsl inqilab kenquru dərisinin istifadəsi idiAyaqqabıları yumşaq və elastik çəkmələr edirdiayağı mükəmməl tuturdu və nəticədə ayağın formasını alırdı. Kenquruların qeyd edilməsi əla marketinq hiyləsi idi - axırda bu heyvanların tullanma qabiliyyəti yaxşı məlumdurTəəccüblü deyil kiCopa Mundial tarixdə ən çox satılan buts oldu və bu gün də istehsal olunur.

 

 Liverpulun keçmiş ulduzu tərəfindən hazırlanmış “Yırtıcılar

Kreyq Conston Cənubi Afrikada anadan olub və uşaq ikən ağır xəstəlik səbəbindən ayağını itirə bilərdiXoşbəxtlikdən əməliyyat uğurlu keçdiKreyq futbolçu oldu və vaxt keçərək Liverpula düşdü. Orada 5 dəfə İngiltərə çempionluğunu qazandı və Çempionlar Kubokunu qazandı, lakin sonda 28 yaşında futbolçu karyerasını başa vurdu - Avstraliyada yaşayan bacısının qayğıya ehtiyacı vardı və ailə bu insan üçün dünyada bütün titullardan daha vacib idi.

Avstraliyada Conston sörf taxtasının öz versiyasını icad etdilakin onun digər ixtirası bütün dünyada populyarlıq qazandı. 1994`cü ildə karyerasını başa vurduqdan 6 il sonra Kreyq anladı kiodünyanın bütün oyunçularının qayğısına qalmaq istəyirButsların öz versiyasını hazırladı: onların tikanları oval formada idibu da sahə ilə daha yaxşı əlaqə yaratdı. Conston hiss edirdi kiadi tikanlar çox tez-tez yerə ilişiboyunçuların ayaqlarına daha çox stress qoyur və zədə riskini artırırDigər bir xüsusiyyət topu daha yaxşı tutmaq üçün ayaqqabının yuxarı hissəsindəki rezin örtük idi.

Conston Avstraliyada bir məktəb komandasını çalışdırdı və bir dəfə oyunçulardan ayaqlarını stolüstü tennis raketi kimi düşünmələrini istədi və o cavab aldı kifutbolçuların butsları rezin deyildəridirTəcrübə yağış yağmağa başlayanda sona çatdı və Kreyq öz ideyasını sınamaq qərarına gəldievdə stolüstü tennis raketkasını götürdü, rezin yastığı çıxarıb ayaqqabısının ətrafına bükdü. Bundan sonra oyaş topa vuranda anladı kionun ideyası dünyanı dəyişə bilər.

Ayaqqabı istehsalçılarını Kreyqin dəli avstraliyalı deyilyenilikçi olduğuna inandırmaq qalırdı. AdidasPumaNikeReebok və Umbro tərəfindən ardıcıl olaraq rədd edildiConston o vaxt məşqçi olan Franz Bekkenbauerlə görüşməyi xahiş edəndə sıçrayış baş verdiKayzer digər alman futbol əfsanələri ilə birlikdə qarlı meydançada yeni butslarda oynayırdı və Conston bir daha Adidas top-menecerlərinə göstərdiyi videoda ulduzların reaksiyasını çəkdi. Əzmkarlıq mükafatlandırıldı: Predator modelinin satışı 1994`cü ildə başladı və bu günə qədər davam edirBekhemZidanCerrard və digər ulduzlar bu butsları böyük məmnuniyyətlə geyiniblər və İngiltərənin reqbi kapitanı Conni Uilkinson onlarla Avstraliya ilə Dünya Kubokunun finalında həlledici qolu belə vurub.

 

  Ronaldo və Nike Mercurialhətta məğlubiyyət də qələbəyə çevrildikdə

1990`cı illərin ikinci yarısında braziliyalı hücumçu Ronaldo rəqib komandaların müdafiəçilərini dəhşətə gətirirdiFenomeni dayandırmağın praktiki olaraq heç bir qanuni yolu yox idi - müdafiəçilər fol və ya dua etməli idilər.

1998`ci ildə Fransada keçirilən dünya çempionatında Braziliya sözsüz favorit idiRonaldo turniri müstəsna dərəcədə yüksək səviyyədə keçirdilakin finalda zəif görünürdü: oyun günü xəstələndiona görə də meydanda görünməsi möcüzə idiAncaq məğlubiyyətdən sonra belə, braziliyalının gümüş finalçı medalı və boynunda bir cüt yeni Nike Mercurial ilə fotoşəkili bütün dünyaya səpələnmişdiÇəkmələrin adı, oyunçunun meydanda civədən daha sürətli hərəkət etdiyinə işarə etdiBu modelin istehsalında sintetik materiallardan istifadə edilmişdir kibu da onları inanılmaz dərəcədə yüngülləşdirdi - cütün ümumi çəkisi 400 q çox deyildi.

 

 

 

Sonradan deyəcəklər kimillinin məşqçiləri futbolçunu Nike`nin təzyiqi ilə buraxıblaramma buhəqiqətə çox da yaxın deyil - 6 oyuna 4 qol vuran futbolçunu ehtiyat oyunçular skamyasında qoyub getməyə hansı məşqçi cürət edibHər haldadörd il sonra Ronaldo tənqidçilərə heç bir şans buraxmadı - Yaponiya və Koreyada keçirilən Dünya Kubokunda Mercurial Vapors butslarında oynadı, çempion oldu və turnirdə 8 qol vurdu.

Nəticə əvəzinə

21-ci əsrdə çəkmə istehsalı sənayesinin inkişafı yeni səviyyəyə çatdı - bu həm texnologiyayahəm də dizayna aiddirOyunçuların zövqləri isə sürətlə dəyişir - təkrar emal olunmuş plastikdən hazırlanmış çəhrayı və yaşıl çəkmələr artıq ekzotik sayılmırKristiano Ronaldo qara çəkmələrin vaxtının bitdiyinə inanır və hətta ləng görünürlərAmma futbol hakimləri hələ də meydana yalnız qara butslarla girirlər.

İdman ayaqqabılarına gəlincə, düzgün və ya yanlış yanaşma yoxdurMəşhur ingilis müdafiəçisi Rio Ferdinand bir dəfə 2494 çəkməni qiymətli daşlarla həkk etmək qərarına gəlib və sonra onları xeyriyyə hərracında 250 min dollara satıbAncaq çəkmələrdən fərqli istifadə edə bilərsiniz.

Məsələnonların içində sadəcə futbol oynayın

 

 

 






SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var